What is programming
Əvvəla bu sualla başlayaq: proqramçının məşğul olduğu bu sahə nədir və nələrdən ibarətdir? İndiki dövrdə gördüyümüz bir çox texnologiya idarə edilməsi üçün bir sxemaya ehtiyac duyur. Proqramlar onlara verilən sxemada olan hər bir addımı tək-tək yerinə yetirir. Bu yerdə artıq biz proqramçılar, həmin sxemanı hazırlayan şəxslərik.
Proqramçılar Necə İşləyirlər?
Proqramçılar sxemaları yaratmaq və ya tənzimləmək üçün proqramlaşdırma dillərindən istifadə edirlər. Bu dillər kompyuterdə yazılır və bir neçə yerə bölünürlər: script dilləri, stil dilləri, sistem dilləri və s. Bu dillər hərr biri bir-birindən forması və istifadə növünə görə dəyişir.
Proqramçılıq Növləri
Proqramçılıq sadəcə bir növ deyildir. Texnologiyamız tətbiqi proqramçı və sistemdən idarə olunan olmaq üzrə iki yerə ayrılır.Sistem Proqramçı: İdarəçi ilə idarə olunan sistemlər və ya fərqli avadanlıqlarla idarə etdiyimiz sistemlər üçün tərtib olunan dillərlə proqramçılıq deməkdir. Məsələn, əgər elektrikli maşın hər hansı bir cismə 30 sm yaxın olsa, maşının siqnal verməsini istəyirik. Bunun üçün sxemada yazırıq ki, maşının ön hissəsində yerləşən sensora 30 sm-dən yaxın nəsə yaxınlaşdıqda, sxemaya siqnal göndərsin. Həmin siqnal sxemada durduğu müddətcə sistem səs çıxara və ya bizim istədiyimiz funksiyanı yerinə yetirsin.Tərtibi Proqramçı: Sistemlərdə hazırlanıb paylaşılan 3-cü tərəfli programlar Tərtibi programçı tərəfindən hazırlanır. Məs: Telefon, Komputer, Axıllı saat, TV və s. kimi ləvazimatlarda olan proqramlar tərtib programçı tərəfindən ortaya çıxan produktlardır. Buna misal olaraq Whatsapp, Youtube və s. kimi applikasiyalar, web səhifələr və ya oyunları misal vermək olar.